"Fevralda hava kəskin soyuyur, qar gözlənilir!"

Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi və fasiləsiz yağışlı olacağı gözlənilir. Bəzi yerlərdə qar yağacağı, simal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi bildirilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır. Bu barədə Arazmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 10-15, bəzən 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxinlaşacağı, sonrakı günlərdə isə mənfi 3 dərəcəyə qədər enəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı gözlənilir. Fevralın 20-si səhərdən bəzən sulu qar yağacağı, fevralın 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir. Yarımadanın bəzı yerlərində yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Azerbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərə qədər fasiləsiz yağışlı olacağı, bəzən qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Ski, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gözlənilən qar yağışlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimal edilir.
Bu hava şəraiti ilə bağlı müvafiq orqanların diqqətli olmaları və qış mövsümünün tələblərinə uyğun fəaliyyət göstərə bilmələri tövsiyə olunur. Ehtiyatlı davranmaq və hava şəraitini izləmək vacibdir, çünki sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək üçün doğru tədbirlər görülməlidir.