Musa Kiliç: Saxta sənədlərlə müalicə edən fizioterapevt

Musa Kiliç, Türkiyə vətəndaşı olan bir fizioterapevt olaraq tanınır. O, Səhiyyə Nazirliyi tərəfindən keçirilən imtahana dəvət edilib, lakin imtahanda müvafiq keçid balını toplaya bilməyib. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bundan əvvəl ABS-də yaşayan jurnalist Qənirə Atasova, Musa Kiliçin saxta sənədlərlə fəaliyyət göstərdiyini və il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdır. Bu məlumatlar yayıldıqdan sonra Musa Kiliçin fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlılara təhqir edici bir status paylaşdı və hər kəsə meydan oxudu.
İndi isə sual yaranır: Musa Kiliç bu gücü haradan alır? Ümumiyyətlə, o, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına haradan başlayıb? Bu suallarla bağlı Bakupost.az araşdırma aparıb və maraqlı faktlar üzə çıxarıb.
Məlum olub ki, Musa Kiliçin Azərbaycana gəlişi Gürcü əsilli Zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Evlilikdən sonra o, çalışmaq üçün müxtəlif klinikalara müraciət edib. 2018-ci ilin sonunda Bakıda yerləşən Bərpa Mərkəzində işləməyə başlayan Musa Kiliç burada uzun müddət qala bilməyib. Bir neçə ay sonra qalmaqalla həmin məkandan ayrılıb. Daha sonra ARS Reabilitasiya Mərkəzində işləyib, ardından "Istanbul NS" klinikasına transfer olunub.
Məlumata görə, onun oradakı işi pis getmiş, aylıq qazancı 40-50 min manat civarında olub. Zamanla rəhbərliklə arası dəyəndikdən sonra isə işdən uzaqlaşdırılıb. Bir müddət sonra "Medera" hospitalında yer alaraq, bu günə qədər burada fəaliyyətini davam etdirir.
Maraqlıdır ki, adıçəkilən klinikalar, Musa Kiliçin ixtisasca həkim olduğunu təsdiqləyən sənədini niyə yoxlamayıblar? Bu məsələ ilə bağlı klinikalara sorgu ünvanlanmış və cavablar təqdim ediləcəkdir.
Tutaq ki, klinika rəhbərləri öz qazanc maraqları üçün buna göz yumublar, bəs Səhiyyə Nazirliyi bu illər ərzində bu fakti niyə görməzlikdən gəlib? Nazirlik, müvafiq sənəd olmadan işə götürdüyü bu şəxslərə "Gözün üstə qaşın var" deməyə cəsarət etməyib. Yayılan videolardan və sənədlərdən görünür ki, Musa Kiliç yüksək məbləğdə pul qazanıb.
Görəsən, vergi orqanlarının "lupası" bunu niyə görməyib? Və ən əsası, saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qoparan birisi niyə milli kimliyi təhqir edir? Bu nifrət haradandır?
Fikrimizcə, bu məsələlər üzərində düşünmək lazımdır. O nöqtədən başlamaq vacibdir ki, Musa Kiliç Türkiyənin Artvin bölgəsindəndir və bu bölgədə ermənilərin çox yaşadığını qeyd etmək olar. Biz, indiyə qədər yalnız ermənilərdən bu cür davranışlar görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüblər, hərə müxtəlif düşmənçilik ediblər.
```