Novruz: Azərbaycan Mədəniyyətinin Simvolu

Qədim tarixi olan Novruz bayramı, hələ İslamdan əvvəlki dövrə təsadüf edir və Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz yalnız onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dövrü hesab edilir. Azərbaycan xalqının milli adət-ənənələrinə görə, Novruz bayramında küsülü barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəsadətini, sücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-biri ilə daha sıx birləşdirib, insanlar arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir.”
Artıq beş ildən çoxdur ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəsadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi qələbə ilə başa vuraraq, m?nfur erməni işğalçılarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Susada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlında keçirəcəyik. İminəm ki, belə də olacaqdır.”
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. 2023-cü ildıki lokal antiterror tədbirlərindən sonra işğal altındakı qalan torpaqlar da azad edildi. Artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd edilir.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ild? BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Addis-Abeba şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu hadisə Azərbaycanın mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri bu istiqamətdə aparılmış gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq fali”, “tonqaldan tullanmaq”, “üzük fali”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çıxarmışlar. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərinin, pəhləvanların, kəndirbazların iştirakı ilə sənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də, Azərbaycana bu bayram çox yaraşır.
Israfil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü