Novruz Bayramı: Milli Dəyərlərimizin Simvolu

Novruz Bayramının Tarixi və Əhəmiyyəti
Novruz bayramı xalqımızın ən sevimli bayramıdır və tarixi qədəmləri əsrlərə dayanır. Bu bayram, qışın sona çatdığını, yazın gəldiyini, təbiətin oyandığını və torpağın canlandığını simvolizə edir. Gecə ilə gündüzün bərabərləşməsi, baharın ilk günü olan Novruz bayramı, həm də yeni ilin gəlişi kimi təqdim olunur.
Unutmaq lazım deyil ki, Sovet dövründə Novruz bayramının keçirilməsi qadağan edilmişdi. Bu qadağalar xalqımızın yaddaşından silinməsi məqsədilə həyata keçirilmişdi. Amma müstəqilliyimizi bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə bayramın qeyd edilməsi ilə bağlı əsaslı dəyişikliklər baş verdi. Heydər Əliyev, millətinə bağlı bir şəxsiyyət olaraq, milli-mənəvi dəyərlərimizin dirçəlməsi və müstəqilliyimizin təmin edilməsi üçün çalışdı.
Ulu Öndər, Novruz bayramını milli dəyərlərimizdən biri kimi qeyd edilməsi üçün ilk addımları atdı. Müstəqil Azərbaycan dövləti qazanıldıqdan sonra, xalqımız bu möhtəşəm adəti daha geniş şəkildə yaşatmağa başladı. Heydər Əliyevin hakimiyyəti illərində bayram ritualları daha da tətilliyə başladı. O, bayram zamanı hər bir insanı təbrik edir və xoş arzularını çatdırırdı.
Heydər Əliyevin dediyi kimi: “Xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi vardır ... Bu, bizim ümumi qəmimiz, dərdimizdir.” Torpaqlarımızın işğalda olması, Ulu Öndərin daim düşündüyü və azadlığının yollarını axtardığı bir məsələləri arasında idi. Bununla yanaşı, onun məqsədi Azəbaycanı müstəqil bir dövlət olaraq bərpa etmək və inkişafına nail olmaq idi.
Heydər Əliyevin arzuları, onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən reallaşdırıldı. Bu gün artıq azad Qarabağımızda Novruz bayramları qeyd edilir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Laçın, Kəlbəcər, Aghdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı bölgələrində Novruz tonqalaları yandırılır. Bu yaxud ki, Ali Baş Komandan İlham Əliyev və onun yaratdığı yenilməz Azərbaycan ordusunun qürur dolu anlarıdır.
Bu gün, Novruz bayramı ölkəmizin hər bir bölgəsində coşqu ilə qeyd edilir. Öz adət-ənənələrinin zənginliyi, milli dəyərlərimizin hər zaman qorunduğu mədəni irsimiz olan Novruz Bayramı, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezntativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır.
Novruz, iki dəfədən ibarət olan bir bayramdır ki, dörd çərşənbədən ibarət olan bayram su çərşənbəsi ilə başlayıb, torpaq çərşənbəsi ilə bitir. Bu bayram, tolerantlığı, sülhü, birliyi, əmin-amanlığı tərənnüm edir. Bu gün, öz dəyərlərimizi yaşatdığımız bayramımız bütünlüklə qeyd edilir və gələcəkdə də qeyd edilməyə davam edəcəkdir.
Gülər Baxisova
Pedaqogika üzrə fəlsəfə doktoru