"Novruz Bayramı: Tarixi Torpaqlarda Qürurumuz!"

Novruz Bayramı və Heydər Əliyev’in Mirası
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Susada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlida keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla çalışıram və bu inamla da Azərbaycan xalqına liderlik edirəm” - deyə vurğulamışdır. Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdı. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə – möhtəşəm Qələbəyə imza atdı!
Bu gün biz Novruz bayramını tarixi torpaqlarımızda – Xocalıda, Xankəndində, Susada və bütövlükdə Qarabağımızda qeyd edirik. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və mətanətli dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşayırıq...
Tarixi abidələri, milli dəyərləri və ənənələri bərpa edirik. Vurguladığımız kimi, bu gün Novruz bayramını erməni vandalizmindən xilas etdiyimiz tarixi yurdumuzda qeyd edirik. 2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir.
2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi tənqidi ilə qeyd etdikləri Novruz, çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildəsə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Aysel Mənsimova - politoloq