"Novruz Bayramı: Azərbayanın Qələbə Günü"

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan xalqının 30 illikhəsrətinə son qoydu və Qələbə sevincini yaşatdı

"Novruz Bayramı: Azərbayanın Qələbə Günü"
```html

Novruz Bayramı: Qələbə, Qürur və Birlik Simvolu

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Ümummilli Liderin ata vəsiyyətini yerinə yetirərək, Azərbaycan xalqının 30 illik həsrətinə son qoymuş və qələbə sevincini yaşatmışdır. 44 gün ərzində vətənimiz uğrunda apardığımız döyüşlərdə müzəffər ordumuzun və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm qələbə nəticəsində biz qədim sərhədimiz Susada, Qarabağda, Xankəndidə, Xocalıda uzun illərdən sonra Novruz bayramını qeyd edərək, bayram tonqalları yandırmışıq.

Bu gün bütün Azərbaycan xalqi qürur və sevinc hissləri keçirir. Ölkə başçımızın qədim diyarımız Susada qeyd etdiyi kimi: “Bu gün Novruz bayramını Cidir düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: Susa sən azadsan!”, “Susa Azərbaycanındır!”, “Qarabağ Azərbaycanındır!”

Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Gözəl adət və ənənələri, zəngin el sənlikləri, füsunkar gözəllikləri və yaddaqalan bayram nəğmələri ilə dolu olan Novruz bayramı, Azərbaycanda tənənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır.

Novruz süfrəsi xalqın ən ləziz milli yeməkləri ilə bəzənir. Bayramda müxtəlif şirniyyat növləri - şəkərbura, paxlava və qogal hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanıb süfrəyə qoyulur. Bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar. Qonum-qonşu qulaqlarını bir-birinin qapılarına dayayıb içəridən gələn səs-səsinə qulaq asar, öz gələcək talelərini oradan eşitdikləri söz-söhbətləri müəyənləşdirirlər. Novruz günlərində qohum-qaradaş, dost-tanış ləzzətli nemətlərdən xonça bağlayıb bir-birilərinə qonaq gedirlər.

Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram, bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır.

Aynur Xəlilova - politoloq

```