"Tender qalibi ATF sirkəti yol təmiri işlərinə seçildi"

Tender krali kimi tanınan ATF şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib. Bu tender Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən keçirilib. Tenderin predmetini Ağdaş şəhəri Iqbal Rzayev, F.Səfərov, İrəss, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır. ATF şirkətinin qiymət təklifi 397,547.43 manat olub və bu məbləğ şərtlər toplusuna uyğun hesab edilib.
ATF şirkəti barədə mediada kifayət qədər yazılıb. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan təşkilatın hüquqi ünvanı Göyçay rayonunun Çayarxi kəndidir. MMC-nin qanuni təmsilçisi Muradov Tabriz oğludur.
ATF, Azad, Tabriz və Fəxraddin Muradov qardaşlarına məxsustur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir. Bəzi iddialara görə, şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bağlıdır. Bu iddia, ATF-in əsasən yol təmirləri ilə bağlı keçirilən tenderlərin qalibi seçilməsi ilə əsaslandırılır.
Bundan başqa, mediada gedən məlumatlara görə, bəzi hallarda AAYDA yol çıxışı üçün ATF-ə məxsus texnikadan istifadə olunur. Lakin, şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu bələd deyil. Ehtimal olunur ki, həmin texnikalar Saleh Məmmədova yaxın iş adamlarına və ya şirkətlərə aid olsa da, sadəcə layihələrdə ATF-in adına rəsmi şəkildə qeyd edilir.
Belli olan budur ki, bu şirkət demək olar ki, əksər rayonlarda yol təmirləri ilə məşguldur. Hər halda dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma belə deməyə əsas verir.