"Fizioloq Rəsid Mahmudovun Araq Reklamı Müzakirə Olunur"

eleviziya verilişlərindən tanıdığımız, illərlə auditoriyasının rəğbətini qazanan tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudovun son günlərdə sosial şəbəkələrdə yayılan bir görüntüsü cəmiyyətin diqqətini çəkdi

"Fizioloq Rəsid Mahmudovun Araq Reklamı Müzakirə Olunur"
Son günlərdə sosial şəbəkələrdə yayılan bir görüntü cəmiyyətin diqqətini çəkib. Bu görüntü tibb elmləri namizədi, fizioloq Rəsid Mahmudovun spirtli içki, konkret olaraq araq reklamında iştirak etməsidir. Videoda Rəsid müəllim araq süsəsini nümayiş etdirir, mədəniyyətə dair məlumatlar verərək reklam xarakterli çıxış edir. Görünür ki, bu reklam müəyyən bir qonorar müqabilində həyata keçirilib.
Videonun sosial şəbəkələrdə geniş yayılmasının səbəblərindən biri, onu izləyənlər arasında yarada biləcəyi təsirdir. Videonun sadəcə bir araq süsəsinin reklamı olması onun cəmiyyət tərəfindən necə qəbul olunduğu ilə bağlıdır. Bu görüntü, illərlə insanlara sağlam həyat tərzini təbliğ edən bir mütəxəssisin cəmiyyətə zidd mesaj verməsidir. Rəsid Mahmudov fiziologiya sahəsində ixtisaslaşmış bir mütəxəssisdir. Fiziologiya, insan orqanizminin funksiyalarını və biologiya sistemlərinin fəaliyyətini öyrənən bir elmdir. Fizioloqlar, bu bilikləri tibbi diaqnozların qoyulmasında, müalicə metodlarının hazırlanmasında və insanların həyat keyfiyyətinin artırılmasında istifadə edirlər. Ancaq burada bir sual yaranır: Rəsid müəllim laboratoriya deyil, spirtli içkilərin reklamına niyə qatılır? Eyni zamanda, məsələnin hüquqi tərəfi də var. Azərbaycanda spirtli içkilərin, xüsusilə televiziya və internet vasitəsilə reklamı qanunla qadağandır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, spirtli içkilərin reklami ictimai yerlərdə, azyaşlıların baxa biləcəyi platformalarda və ümumi auditoriyaya açıq mediada qadağandır. Bu, yalnız hüquqi bir məsələ deyil, həm də mənəvi bir məsələdir. Biz Azərbaycan xalqıyıq və bizim milli-mənəvi dəyərlərimiz var. Gələcək nəsillərə sağlam həyat tərzini təbliğ etdiyimiz bir zamanda, qarşılarında bu cür videoların çıxması nə dərəcədə doğrudur? Məsələn, sabah bir məktəbli uşağa “içkidən uzaq dur” desək, o, Rəsid doktorun özünü reklam etdiyini, “çox gözəl araqdır” deməyişi mümkündür. Bu cür hallar gənclərin sağlam düşüncələrini pozur, onların həyat anlayışını mənfi təsir edir. Rəsid müəllim, sağlamlıq sahəsindəki nüfuzunu, araq reklamı ilə zədələməməlidir. Cəmiyyətimizdə sağlam yaşamağı təşviq edən bir mütəxəssis olaraq, onun bu cür fəaliyyətləri heç bir halda bəyənilməməlidir. Çünki sağlam həyat tərzi təbliğ edən şəxslərin spirtli içkilərin reklamında iştirak etməsi, cəmiyyətin sağlamlıq anlayışına ziddir. Belə situasiyaların yaranmaması üçün nizam-intizamın və əxlaqın qorunması vacibdir. Fiziologiya sahəsi mütləq şəkildə sağlam həyat tərzinə yönəlməlidir, aksimetrik davranışlarla deyil.