"Borcali Omar, çempionatda qələbə qazandı!"

11-13 aprel tarixində Azərbaycanın Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə açıq çempionat keçirilmişdir. Bu çempionat çərçivəsində peşəkar idmançı Borcəli Omar Rəsad yarışdan qələbə ilə ayrılıb. Borcəli Omar, Daxili İşlər Nazirliyinin Daxili Qüvvələrinin xüsusi təyinatlıları adından yarışda iştirak edib. O, qələbəsini Daxili Qüvvələrin Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısına ithaf edib.
Yarışın təşkilində Borcəli Omar, çətin qələbə qazanmağına görə indiyə qədər iştirak edənlərə və təşkilatçılara təşəkkür məktubu ünvanlayıb. Məlumat üçün qeyd edək ki, bu gün münasibətilə keçirilən yarış, həm də ölkəmizdə idmanın inkişafının bariz nümunələrindən biridir. Yarışa 700-dən çox iştirakçının qatılması, onun əhəmiyyətindən xəbər verir. Bu baxımdan, təşkilati məsələlərin də yüksək səviyyədə həll edilməsi və gənclərin idmana olan həvəsinin artmasında Kikboksinq Federasiyasının xüsusi rolu vardır.
Gənc idmançı təşəkkür məktubunda Kikboksinq Federasiyasının rəhbəri Orxan Əliyev, vitse-prezidenti Adil Əliyev, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini, Daxili Qüvvələrin komandanlığını, o cümlədən, Qərargah rəisi general-mayor Tofiq Hüseynovu, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyini, Sərhəd Qoşunlarının komandanlığını, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəhbərliyini və şəxsi heyətini, idman mərkəzinin rəhbərliyini, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinin Kikboksinq klubunun rəhbəri Muxtar Allahyarovu, yarışın təşkilatçılarından biri olan Elmin Mehdiyevi və ümumilikdə tədbirin bütün təşkilatçılarına və hakim heyətinə, yarışın baş hakimləri Aydın Ağabəyov, Elsad İlyasqrova, Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırova xüsusi minnətdarlığını çatdırıb.
Borcəli Omarın gənc idmançı kimi yetişməsində "Dəmir Yumruq" Kikboksinq klubunun, klubun baş məşqçisi Fərid Babayevin də əməyi danılmazdır. Bununla yanaşı, gənc idmançı müraciətində ailəsinin, xüsusilə də onu Vətənə məhəbbət, idmana peşəkar yanaşma ruhunda böyüdən atası Rəsad Borcəlini xüsusi qiymətləndirərək təşəkkür edib. Gənc idmançının təşəkkür etdiyi şəxslər arasında Suraxanı rayonu İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyi, S.S. Axundov adına 172 saylı məktəbin direktoru Vəfa Bağırova, sinif rəhbəri, müəllim Gülfirə Mehrəliyevanın adı xüsusi vurğulanır.
DIN DQ XTQ - Omar Borcəli.
