"Agdaşda tender qalibi ATF MMC-nin maraqlı yolu!"

Ağdaş İcra Hakimiyyəti ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb

"Agdaşda tender qalibi ATF MMC-nin maraqlı yolu!"
```html

Agdaş İcra Hakimiyyəti ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb. Nəticəyə görə, İcra Hakimiyyəti Ağdaş şəhəri İqbal Rzayev, F. Səfərov, Ərəs, Mirzalı Əliyev, M. Ə. Rəsulzadə və Sönməz Məmmədov küçələrində təmir işləri aparacaq. Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi ATF MMC olub. Bununla bağlı şirkətlə İcra Hakimiyyəti arasında 397 min 547 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az AFT MMC ilə bağlı açıq mənbələr üzərində apardığı araşdırmalarda maraqlı məqamlara rastlayıb. Belə ki, bu şirkət 2010-cu ildən 2020-ci ilədək onlarla tenderin qalibi olub. Bu tenderlərdən qazandıqları iş 75 milyon manat təşkil edib. Təkcə 2024-cü ildə udduğu tenderlərin sayı isə 9 olub. Həmin tenderlər üzrə MMC 6 milyon 783 min 838 manat əldə edib.

Məsələnin maraqlı tərəflərindən biri odur ki, şirkət ancaq Ağsu asırmından o yandakı rayonların tenderlərinin qalibi olub. Yəni, hər nə hikmətdirsə, Balakəndən Ağsuya qədər İcra Hakimiyyətlərinin sifarişlərini yerinə yetirib. Hətta oradan Kürdəmir və ya Ucara belə enməyib.

Ötən il şirkətin ən bahalı tenderi Mingəçevir şəhərində qeyd olunub. Bu şəhərin İcra Hakimiyyətinə bağlı MKTİB 2024-cü il üçün yolların və küçələrin əsaslı təmir işlərinə görə AFT-yə 2 milyon 161 min 11 manat ödəyib. İsmayıllı rayon İcra Hakimiyyəti də AFT ilə bir il içində iki dəfə anlaşmışdır. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti rayonun Ivanovka kəndinin yollarını əsaslı təmir etmək üçün ATF ilə 91 min 511 manatlıq, rayon mərkəzinin yollarının təmiri üçün isə 931 min 724 manatlıq satınalma müqaviləsi bağlayıb.

Sözügedən şirkət Qəbələdə də Heydər Əliyev prospektini bir ildı iki dəfə təmir edib. Belə ki, Qəbələ İcra Hakimiyyəti bunun üçün MMC-yə 852 min 943 manat pul ödəyib. Elə Göyçay İcra Hakimiyyətinin şəhərin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satın alınması prosesindən də şirkət az qazanmayıb. Məlum olan odur ki, AFT bununla bağlı İcra Hakimiyyətindən 1 milyon 63 min 558 manat pul qazanıb.

İndi isə AFT-nin kimə mənsub olması məsələsini araşdırmağa çalışaq. Qeyd edək ki, şirkətin rəsmi saytında 2018-ci ildədə yaradıldığı qeyd edilir. Açıq mənbələrdə onun sahiblərinin sayının 3 olduğu və qardaş olduqları bildirilir. Tribunainfo.az xəbər verir ki, bu şirkəti Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları yaradıb. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.

Bildirək ki, açıq mənbələrdə şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bu və ya digər formada mənsub olmasına dair məlumatlar var. Belə ki, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma “ATF” MMC onun istisnalar siyahısındadır.

Elə bu səbəbdəndir ki, AFT MMC konkret bölgədəki asfaltlama işlərini təkbaşına həyata keçirir. Halbuki AAYDA keçirdiyi tenderlərdə podratçı şirkətlərin adını qeyd etmir. Maraqlı detallardan biri də budur ki, bir qədər əvvəl şirkət Göyçayda qabarit hadisə baş verib. Rayondakı 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəsad Kərimovu işdən çıxarıb və onun yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehrani müdür təyin edilib.

Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə "udduğu" yol tikintisi işlərinə cəlb edilib. Bundan əlavə, açıq mənbələrdə qeyd edilir ki, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

```