"Ançelotti: Hələ heç nə bitməyib!"

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a uduzduqları (1:2) cavab matçından sonra fikirlərini bölüşüb.
Arazmedia.az-ın məlumatına görə, italiyalı mütəxəssis mətbuat konfransında komandası ilə bağlı suallara cavab verib. Ançelotti, “Bu gün təhlil etmək yersizdir, bu uğursuzluğu və bütün zərbələri qəbul etməliyik. Futbolçulara dedim ki, başlarını dik tutsunlar, biz başqa mövsümlərdə bu turnirdə çox şey əldə etmişik. Bu il isə buna bənzər bir şeyə nail ola bilmədik. İdmanda belə olur, məğlub edilməz komandalar yoxdur” deyib.
O, gələrin mövsüm “Real”da olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb. Ançelotti, “Klub rəhbərliyinin istənilən qərarına hörmətlə yanaşacam. Yeni mövsüm burada qalib-qalmayacağımı bilmirəm və bilmək də istəmirəm. Çox şey yaşadıq. Futbolda sevincli və kədərli iki hissə var. Bu gün biz kədərin içindəyik. Sevinməyə öyrəşmişik. Mövsüm davam edir, hələ heç nə bitməyib. Klublararası dünya çempionatında komandanın başında mən olacammi? İndi bu barədə danışa bilmirəm. Klub dəyişiklik etmək istəyirsə, qərara hörmətlə yanaşaram” dedi.
Xatırladaq ki, Londonda keçirilən ilk oyunda da “Arsenal”a uduzan (0:3) “Real” Çempionlar Liqasını tərk edib.