"Poladtugayda heyvanlarda qarayara vaksinasiyası problemi"

Sabirabad rayonu Polad Tugay kəndindən Faktinfo.az-a göndərilən məlumatda bildirilir ki, rayonun bəzi kəndlərində iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməsində ciddi çətinliklər yaşanır. Heyvandarlıqla məşğul olan kənd sakinləri bu mövzuda narahatdırlar.
Şikayətçi rayonun Poladtugay kənd sakini Intizam Hüseynov qeyd edir ki, iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsi onların arasında böyük narahatlıq yaradır. "Mənim 14 baş iribuynuzlu mal-qaram var. Kənddə elə ailələr var ki, 20, 25, hətta 30 baş heyvani var. Kənd sakinləri adından bildirirəm ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu barədə ciddi düşünsün. Belə olmaz, mən heyvandarlıqda ciddi xəstəlikdən, qarayara xəstəliyindən bəhs edirəm. Bütün kənd sakinləri də mənim kimi narahatdırlar, onların adından bildirirəm ki, baytar həkiminin olmaması təkcə Sabirabad rayonu Poladtugay kəndində narahatlıq yaratmır, bu rayonun Həsimxanlı, Çigirgan, Adadakənd, Safkoz kəndlərində də pis qarşılanır."
Sabirabad Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəhbisi Fikrət Rəsulov məsələ ilə bağlı münasibət bildirib. "Poladtugay kənd sakini Intizam Hüseynovun narahatlığından xəbərdaram. Onun yaşadığı və adını qeyd etdiyi kəndlərdə iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinə mən də həssas yanaşıram. Düzgün qeyddir, iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı vaksinasiya edilməlidir."
"Problem ondadır ki, qeyd edilən kəndlərə ali və orta təhsilli baytar həkim tapıb təyin edə bilmirik. Peşə təhsilli şəxsləri də işə götürməyə ixtiyarımız yoxdur, qanun yol vermir. Bildiyiniz qədər bu barədə ölkə rəhbərinin müvafiq sərəncamı var. Yəni problemin tam prinsipi rayonun Polad Tugay kənd sakini Intizam Hüseynova da izah etdiyim kimi, ali və orta ixtisaslı baytar həkim çatışmazlığıdır. Amma bununla bərabər çalışan qədər elimizdən gələn köməkliyi kənd sakinlərindən əsirgəməyəcəyik."
Problemin həlli üçün müvafiq tədbirlərin görülməsi zəruridir. Kənd sakinləri heyvandarlıqdan asılı olduqları üçün, heyvanların sağlamlığına böyük diqqət yetirilməlidir. Vaksinasiya prosesi düzgün həyata keçirilməlidir ki, heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısı alınsın. Kənd sakinləri gözləyirlər ki, müvafiq qurumlar bu məsələyə daha ciddi yanaşsınlar və lazımi tədbirlər görsünlər.