"Heydər Əliyev və Azərbaycan dilinin yüksəlişi"
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca vasitədir
"Heydər Əliyev və Azərbaycan dilinin yüksəlişi"

Ana dili hər bir xalqın varlığını təsdiq edən əsas vasitədir. Dil, millətin formalaşmasında və təşəkkül tapmasında vacib amillərdən biri, hətta birincisidir. Ulu Öndər Heydər Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi müddətdə Azərbaycan dilinin hərtərəfli inkişafı üçün böyük addımlar atmış, dili qorumaq, ona sahib çıxmaq onun siyasətinin əsas qayğısı olmuşdur.
Heydər Əliyev hər bir vətəndaşın öz dilini, öz tarixini bilməsini əsas vətəndaşlıq borcu hesab etmişdir. Ana dili məsələsinə Heydər Əliyev çox böyük diqqət və qayğı ilə yanaşmış, dil məsələlərinə səthi yanaşmamağı tövsiyə etmişdir. O, milli-mənəvi dəyər olan dilin daimi xarakter daşıdığını və dövləti formalaşmasında dilin rolunun əvəzsiz olduğunu vurğulayırdı. Bir dövlətin dünya arenasında tanınmasında dil, ən vacib amillərdən biridir.
Ulu Öndər Heydər Əliyev öz hakimiyyəti illərində Azərbaycan dilinin hərtərəfli inkişafı üçün əhəmiyyətli qərarlar qəbul etmiş, fərmanlar imzalamışdır. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsdiq olunmuşdur. Ümumiyyətlə, Azərbaycanın dilinin hərtərəfli inkişafı, ümumilikdə dilə çevrilməsi, diplomatiya alanında yol açması və dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dilinin kəsiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdir. Dilin inkişafı, onun tətbiq sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, eləcə də bu dilin saflığı istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı üçün göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən həmişə istifadə olunacaq.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası