"İlham Əliyevin Çinə Rəsmi Səfəri: Yeni İmilər"
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına (ÇXR) rəsmi dövlət səfəri edib
"İlham Əliyevin Çinə Rəsmi Səfəri: Yeni İmilər"

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına (ÇXR) rəsmi dövlət səfəri edib. Qeyd edilməlidir ki, ÇXR-in Sədri Si Cinpin ilə Prezident İlham Əliyev 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildəsə Pekində keçirilən İkinci "Kəmər və Yol" beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Sədri Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük məmnuniyyətlə xatırlayan ölkə başçısı bildirib ki, qədim tarixi və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xəttlə inkişaf edir.
İki ölkə arasındakı strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşir. Hər iki ölkə başçısı arasındakı fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad iki tərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Xüsusi qeyd edilməlidir ki, ölkəmizin başçısının Çinə əvvəlki səfərləri zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxsatırlı əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə nəticələnib. İşin əminik ki, aprelin 22-də Çinə reallaşan səfər də hər iki ölkə üçün səmərəli nəticələrlə yadda qalacaq.
Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibli görüşü olub. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı "Vahid Çin" siyasətini həsas dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri bir mənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi. Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamədə qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi.
Pekində keçirilən görüşdə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanın rəsmi strateji tərəfdaşlara çevirdiyini bildirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.
Çin Xalq Respublikası bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illərlə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyini əldə edib və bu göstərici 17,69 faizə çatıb.
Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danıqlar aparılır. "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.
Bir sözlə, Prezident İlham Əliyevin dost ÇXR-na növbəti səfəri də hər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Yəni, ölkəmizin başçısının dediyi "Biz artıq Orta Dəhlizin ən etibarlı və təhlükəsiz keçid marşrutu olduğumuzu sübut etmişik" sözləri regionda Azərbaycanın mühüm geostrateji mövqeyini təsdiqləyir.
Bundan əlavə, enerji və yüksək texnologiyalar sahəsində Çin tərəfindən Azərbaycanın iqtisadiyyatına artan marağı yeni əməkdaşlıq sahələrinin formalaşmasına təkan verir. Rəqəmsal iqtisadiyyat, nəqliyyat logistikası, yaşıl enerji və süni intellekt kimi sahələrdə mümkün layihələr Azərbaycan-Çin münasibətlərini gələcək texnoloji tərəfdaşlıqda yeni səhifə açır.
Vahid Ismayilo
Tarix üzrə fəlsəfə doktoru