"Azerbaycan-Çin: Strateji Tərəfdaşlığın Yeni Səviyyəsi"

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib

"Azerbaycan-Çin: Strateji Tərəfdaşlığın Yeni Səviyyəsi"

Azərbaycanda Prezidenti Ilham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri həyata keçirildi. Bu səfərin məqsədi iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığı və gələcək əməkdaşlığı genişləndirməkdir. 1992-ci ildən qurulan diplomatik münasibətlərin dinamikası göstərir ki, son illər Azərbaycan və Çin arasında əlaqələr daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutan görüşlər, habelə keçən il Astana şəhərində imzalanan “Azərbaycana və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açmışdır.
Bu bəyannamədə, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsipləri şərh edilmişdir. Beləliklə, iki ölkə arasında münasibətlər qarşılıqlı inam və birgə inkişaf məqsədlərini əhatə edir. Bu münasibətlər iqtisadiyyat, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar sahələri də əhatə edir. Xüsusilə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması gündəmdədir.
İki ölkə arasındakı strateji mövqe, Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizlərində möhkəmləndirərək onun regional və qlobal aktor rolunu gücləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri, Azərbaycanın beynəlxalq ticarətdəki rolunu artırır. Çindəki “Kəmər və Yol” təşəbbüsünün müvəffəqiyyətlə həyata keçirilməsi üçün bu layihələr mühüm əhəmiyyət kəsb edir. Prezident Əliyev bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olduqlarını qeyd edərək, Azərbaycanın Çindən sonra ən çox investisiya qoyan ölkə olduğunu bildirmişdir.
Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində ortaq və prinsipial mövqelərə malikdir. Hər iki ölkə ədalətli dünya nizamının tərəfdarıdır və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi dəstəkləyir. Suverenliyə hörmət, daxili işlərə qarışmamaq və bərabərlik prinsipləri əməkdaşlığın əsasını təşkil edir. Bu dost dövlətlər, Qlobal Cənubun bir hissəsi olaraq inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birgə müdafiə edirlər.
Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycanla Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr genişlənir. Azərbaycanda bir sıra ali təhsil müəssisələrində Çin dili öyrədilir. Eyni zamanda, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzlərinin fəaliyyətə başlaması sevindiricidir. Bu dost ölkədə Azərbaycan mədəniyyətini tanıdan tədbirlər keçirilir və bu mübadilələr xalqlar arasında qarşılıqlı anlayışın güclənməsinə xidmət edir.
Aprelin 23-də Pekində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasındakı beynəlxalq təşkilatlar, o cümlədən BMT, Sanxay əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb.
Beləliklə, Azərbaycan-Çin münasibətləri yalnız iki ölkənin maraqlarını deyil, eyni zamanda geniş coğrafi məkana təhlükəsizlik və inkişaf arxitekturasını əhatə edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə daha da möhkəmlənərək beynəlxalq münasibətlərdə mütərəqqi əməkdaşlıq nümunəsi olaraq qalacaqdır.

Tufan Məmmədov – iqtisadçı ekspert