Onlar hər cür çətinliyə rəğmən işinə davam edir

Bildiyimiz kimi müxtəlif ərazilərdəki filialları ilə xalqımıza xidmət edən Uğur kursları Lerik rayonunda da bir ilk etdi: Ucqar dağ rayonunda ilk və keyfiyyətli tədris mərkəzi fəaliyyətə başladı.
Valideynlərin həm cibinə uyğun olan, həm də rayonun bütün yüksək ixtisaslı, peşəkar heyətini bir arada cəmləşdirən Uğur kursları Lerik rayonunda təhsil sahəsində bir inqilab etdi desək yanılmarıq. Uğur kursları pandemiyanın olmasına baxmayaraq hazırda bütün fəaliyyət istiqamətlərindən təhsil alan abituriyentlərə xidmət edir. Ucqar dağ rayonunda hər aylıq buraxılış və blok imtahanları keçirilir, abituriyentlər özlərini asanlıqla yoxlaya bilirdilər. (Nəzərə alaq ki bundan öncə abituriyentlər özlərini yoxlamaq üçün bir sınaq imtahanına görə Lənkəran və digər şəhərlərə üz tuturdular). Bu da şagirdlərimizin işinin asanlaşdırılması və vaxt itkisinin demək olar ki, yox olması deməkdir.
Qeyd edək ki, bu gün də Uğur kurslarının növbəti sınaq imtahanı keçirilib.
Lerik xalqına belə bir şəraiti yaratdığına görə başda Tural və Famil İsayev, həmçinin Uğur kurslarının Lerik filialının direktoru İbrahim Ağayev olmaqla bütün müəllim heyətinə təşəkkür edirik!
Bəli, uğurlu gələcək UĞUR – la gələcək!
Elcan Məmiyev