AĞDAMDAN ŞUŞAYA FƏTH OLUNAN QƏHRƏMANLIQ YOLU-QARABAĞ ZƏFƏRİ-VIDEO

ÜMİDTV: Birinci Qarabağ müharibəsi dönəmində işğal olunan ərazilərimizin yarasını 30 il idi ki ürəyimizdə daşıyırdıq. Lakin 2020-ci il Mübariz Azərbaycan xalqının qələbə ili kimi tarixə yazıldı. Bu qələbə , Ali Baş Komandanın rəhbərliyi sayəsində, rəşadətli Azərbaycan ordusunda xidmət edən qəhrəman zabit və əsgərlərimizin , Ali Baş Komandanın savaş əmrindən sonra Ümumxalq Birliyindən doğan vətən oğullarının könüllü ordu sıralarına qatılmasından, düşmənə sarsıdıcı zərbələr endirən igidlərimizin, vətən yolunda canından keçən şəhidlərimizin sayəsində qazanıldı. Azərbaycan əsgəri tarix yazdı. Torpaqlarımız düşmən tapdağından azad edildi.
Bu gün sizə daha bir qəhrəman şəhidimizdən danışacağıq. Nicat Xələfov. Uşaq vaxtalarından vətənpərvərliyi ilə seçilən bu igidimiz ailə üzvlərinin, dostlarının və müəllimlərinin yaddaşında bir sıra xatirələri ilə qalıb. Qəhrəman şəhidimiz Vətən müharibəsində böyük şücaətlər göstərib. Döyüşlərdə böyük şücaəti ilə seçilən Nicat, Komandanlıq tərəfindən hər uğurlu döyüşlərdən sonra mükafatlandırılıb.
Nicat Xələfov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Biz də Ümid Tv olaraq şəhidimizin ailəsinə baş çəkdik. Şəhidimizin valideyinləri şəhidimiz haqqında qürurla danışdılar.
“Ağdamdan döyüşə qatıldı, Şuşada şəhidlik məqamına yüksəldi”. Bu sözləri dilə gətirən şəhidimizin atası qəhrəman şəhidimizdən fəxrlə danışdı.
“Nicat təkcə bizim şəhidimiz deyil, xalqın şəhididir. Onunla fəxr edirəm” deyən şəhid anasının dilindən bu ifadələri eşitdikcə, bu xalqın yenilməz olduğunu fəxarətlə deyə bilərik.
“Nicat elə bir oğul idi ki, onun haqqında danışmaq mənə çox çətindir. Nicat vətənpərvər oğul idi. Onun ölümünə inana bilmirəm. Amma acı olsa da qəbul etməliyik. Torpaqlarımız işğaldan azad olundu. Mən nəvəmlə fəxr edirəm. Allh bütün şəhidlərə rəhmət eləsin”. Şəhid nənəsinin qürurverici ifadələri tarixi bir örnəkdir.
Qəhrəman şəhidimizin qonşuları və dostları da şəhidimiz haqqında fəxrlə danışdılar. Dostları bildirdi ki, “Nicatın ürəyi hər zaman vətən eşqi ilə döyünürdü. Onun vətənpərvərliyi bir dost kimi bizi qürurlandirirdi. Onun şəhid olmasına inana bilmirik. Nicat ölməyib, o, yaşayır. Hər zaman qəlbimizdə yaşayacaq”. Kövrəldiyindən danışmaqda çətinlik çəkən dostları Nicatla fəxr etdiklərini dilə gətirdilər.
İllərdir ki, şəhid ailəsi ilə qonşu olan vətənpərvər Elcan Məmiyev də şəhidimiz haqqında fəxarətlə danışdı.
Bəli, biz bu qələbəni qanı və canı bahasına bizə qzandıran zabit və əsgərlərimizə, qazilərmizə, Vətən uğrunda canından keçən şəhidlərimizə borcluyuq.
Azərbaycan əsgəri 2020-ci ildə tarix yazdı. Şəhidlərimiz gələcək nəslin qəlbində hər zaman yaşayacaq. Bu qəhrəmanlıq simvolları gəncliyin vətənpərvər ruhda böyüməsinə yol açacaq.
Şəhidlər qürurumuzdur, şəhid ailəsi baş tacımızdır!
Elə qəhrəman Nicatımızın valideyinləri də şəhid balalarının adının əbədiləşdirilməsindən təskinlik tapacaqlarını deyirlər. Dövlətimiz hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərib. Qəhrəman şəhidimiz Nicat Xələfovun da adının əbədiləşdiriləcəyinə inanırıq.
Allah Azərbaycanımızı qorusun.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!
Qəhrəman şəhidimiz Nicat Xələfov haqqında hazırladığımız geniş video reportajı bu yaxınlarda ÜmidTv Azərbaycan kanalının canlı efirindən izləyicilərimizə təqdim edəcəyik.
Müqabil Hüseyn
Elcan Məmiyev Ümid Tv Bakı