Abşeronda yol qəzası: Xəsarət alanlar var
Abşeronda yol qəzası: Xəsarət alanlar var
Abşeronda yol qəzası: Xəsarət alanlar var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.