Abşeronda taksi qəzaya düşdü: Qadın sərnişin xəsarət aldı
Abşeronda taksi qəzaya düşdü: Qadın sərnişin xəsarət aldı
Abşeronda taksi qəzaya düşdü: Qadın sərnişin xəsarət aldı

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”-un məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.
Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayevə Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.