Qəhrəman Həkimlərimizi tanıyaq - Eldəniz Məmmədov
Qəhrəman Həkimlərimizi tanıyaq - Eldəniz Məmmədov
Qəhrəman Həkimlərimizi tanıyaq - Eldəniz Məmmədov

Ümid Teleradio Yayım Şirkəti olaraq hər gün bir neçə qazimizi sizlərə tanıtmağa çalışırıq!
Hər bir peşənin sahibi öz dili ilə qəhrəmanlarımızı tarixə həkk edirlər. Müğənni mahnısı ilə, şair şeiri ilə, yazıçı əsəri ilə və sair.
Biz də jurnalistlər olaraq saytda məqalələrimizi paylaşmaqla qazilərimizi və qəhrəmanlarımızı sizlərə tanıtmağa çalışırıq!
Bu gün sizlərə HİPPOKRAT ANDINA SADİQ, cəbhədə döyüşlər olarkən, 44 günlük vətən müharibəsində yaralı əsgərlərimizi müalicə edən həkimimiz Məmmədov Eldəniz Yusif oğlundan danışacağıq!
Məmmədov Eldəniz Yusif oğlu 12.01.1976-cı ildə Biləsuvar rayonu Yuxarı Cürəli kəndində anadan olmuşdur. 1982-ci ildə Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəbinə daxil olmuş, 1992-ci ildə bitirmişdir. 1993-cü ildə ATU Stomatologiya fakültəsinə daxil olmuş, 1998-ci ildə bitirmişdir. Həmin il N-saylı hərbi hissədə Leytenat hərbi rütbəsi ilə həqiqi hərbi xidmətə başlamış, 2001-ci ildə Baş Leytenat rütbəsi ilə hərbi xidməti başa vurmuşdur. 2001-ci ildən etibarən Biləsuvar MRX-da Həkim-Stomatoloq vəzifəsində işləyir. 29 sentyabr 2020-ci ildə könüllü şəkildə Vətən Müharibəsinə qatılmışdır.Getdiyi gündən ön cəbhədə olmuş Eldəniz Füzuli, Cəbrayıl və Qubadlının alınmasında iştirak etmişdir. Yaralı əsgərlərimizi döyüş bölgəsindən çıxarılmasında, onlara ilkin tibbi yardım göstərilməsində müstəsna xidmətləri olmuşdur.
Hal-hazırda cəbhədə tibb xidməti rəisi vəzifəsində xidmətini davam etdirən qəhrəman həkimimizə uğurlar arzulayırıq!
Elcan Məmiyev / Ümid Tv