Günel Məmmədhəsənova sədr mavini seçilib”

ÜMİDTV: Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənən İMZA-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyi prespektivli gənc kadrları ətrafına toplayıb:
Doğru.az xəbər verir ki, İMZA İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Günel Məmmədhəsənova seçilib:
Günel Məmmədhəsənova öz fezbuk seyfəsindən birliyin kollektivinə dərin minnətdarlığını bildirib. Əməyimə göstərilən bu diqqət, verilən bu dəyər gələcək fəaliyyətimi daha məhsuldar, daha fəal yerinə yetirməyə sövq edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, ictimai birliklərin fəaliyyətinin genişlənməsinə də xüsusi önəm verir. Belə ictimai birliklərdən biri də, milyonları öz ətrafına toplayan İMZA-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyidir.
“İMZA” olaraq əsas amalımız, o cümlədən bir gənc olaraq əsas məqsədimiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların yerinə yetirilməsində yaxından iştirak etmək, milli maraqlarımızın müdafiəsi, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlı gənclər arasında maarifləndirici tədbirlər yerinə yetirməkdir.
Həmçinin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın dövlətimiz, xalqımız, xüsusilə gənclər üçün misilsiz xidmətlərini ictimaiyyətə çatdırmaq da əsas vəzifələrimizdəndir.
Biz, gənc olaraq Qalib ölkənin Qalib prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasətini dəstəkləyir, prezidentimizin ətrafında sıx birləşmişik.
Bir daha bildirimək istəyirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə əməli işimlə cavab verəcəyəm