Uraz Kayğılaroğlu: Qarabağı görməyə səbirsizlənirəm!

ÜMİDTV: Bugünki müsahibimiz milyonların sevimlisi, Türkiyənin məşhur aktyoru Uraz Kayğılaroğludur. Uraz bəylə müsahibə alarkən əməkdaşımız bir sıra maraqlı sualları Uraz Kayğılaroğluna ünvanlayıb və maraqlı cavablar alıb.
Ümid Tv olaraq Uraz Kayğılaroğlu ilə müsahibəmizi olduğu kimi sizlərə təqdim edirik!
Jurnalist: Uraz Kayğılaroğlunu 4 kəlmə ilə necə ifadə edərdiniz?
Müsahib: Özümü nəşəli, pozitiv və olduqca ciddi biri olaraq düşünürəm.
Jurnalist: Həyatınızda ən çox kimə və nəyə dəyər verirsiniz? Biz sizin sosial şəbəkələrdə tez-tez Emre Kababuşak və ya Esra Kızıldoğanla paylaşımlarınızı görürük. Onlarla "Sefirin kızı" serialındakı kulisdən sonra tanıyırsınız, yoxsa əvvəldən münasibətiniz var idi?
Müsahib: Həyatımda dəyərli olan kifayət qədər insan var. Emre ya da Esra film xaricində də çox yaxın dostlarımdırlar. Amma sadəcə dostdurlar.
Jurnalist: Təhsilinizi reklamçılıq sahəsində aldınız. Amma aktyor kimi də fəaliyyət göstərməyə başladınız. Yəni aktyorluq sahəsindədəmi təhsiliniz var?
Müsahib: Təhsilimi reklam sahəsində almışam, filmlərdə isə sonradan rol almağa başladım. Və filmlərə də uğurlu olduğumu görəndə özümü kino sahəsində də sınadım. Beləliklə hər şey istədiyim kimi alındı.
Jurnalist: Bir az da hamını şoka salan bu çəki atmağınızdan danışağ. Necə oldu ki, siz bunu bacardınız?
Müsahib: Bir insan qarşısına bir məqsəd qoydusa, o məqsəd təsəvvür edə bilməyəcəyiniz qədər çətin olsa belə ona asanlıqla çata bilər. Mənim də məqsədim önümdəki hədəfi dəqiq nişan almaq idi.
Jurnalist: Çəkildiyiniz obrazlardan və ya seriallardan hansının mövzusu daha çox xoşunuza gəlib?
Müsahib: Çox filmdə çəkildim və hər birinin mövzusunu sevirəm. Çünki sevmədiyim bir filmə çəkilmərəm.
Jurnalist: Oynadığınız rollardan ən çox hansı ruhunuza daha yaxındır?
Müsahib:"Sefirin kızı" serialındakı "Gediz Işıklı" imici real həyatıma daha yaxındır. Mənim xarakterim "Gedizinkindən heç də fərqli deyil" deyə bilərəm.
Jurnalist: "Sefirin kızın"-da finalı artıq bilirsiniz mi? Yoxsa final ssenarinin inkişaf xəttinə görəmi qurulacaq?
Müsahib: Film ssenarini izləyir və ssenari təəssüf ki deyilmir, o sürprizdir.
Jurnalist: Həyatınızda ən çox hansı əməlinizə "ən böyük səhvim" dediniz?
Müsahib: Həyatımda çox səhvim oldu. Ancaq ən böyük səhvim dost olaraq tanıdığım insanların əslində düşmən olması idi.
Jurnalist: Ən böyük xəyalınız?
Müsahib: Ən böyük xəyalım çox qısa zamanda həyata keçəcək. Yaxın vaxtlarda bununla bağlı məlumat alacaqsınız.
Jurnalist: Azərbaycandan obraz təklifi gəlsə, qəbul edərdiniz?
Müsahib: Azərbaycanla Türkiyə qardaş ölkədir. Əlbəttə, imicimə uyğun bir rol olarsa, çəkilərəm.
Jurnalist: Qarabağ haqqında düşüncəniz?
Müsahib: Qarabağ Azərbaycan idi və Azərbaycan oldu. Mən bir dəfə Azərbaycanda olmuşam. Bakı çox gözəl şəhərdir, yaxında yenə Bakıya gəlməyi planlaşdırıram. Qarabağ haqqında o qədər çox şey eşitdim ki, görmək üçün səbirsizlənirən.
Jurnalist: Sizdən müsahibə almaq çox xoş oldu, təşəkkür edirəm
Müsahib: Siz sağolun, buyurun!
Cəmilə Muradova / Ümid Tv İstanbul