Nənəni Ağladan Bayağı Veriliş-Mirismayılın Yazısı

ÜMİDTV: Bu yaxınlarda rayonlarımızın birinə ucqar kəndə qonaq getmişdim. Evin ağbirçəyi qoca nənə televizora verilişə baxıb, bıldır-bıldır ağlayır. Allah kömək olmuş eləbil Sovet vaxtında Aztv -də Hind kinosuna baxır.
Yəqin hamınızın yadındadır da milləti ağladan Hindistan kinoları?! “Əvvəli gülməli sonu ağlamalı”
Dedim ayy nənə niyə ağlayırsan?
Dedi ay bala görmürsən? oğul anasını atıb 20 ildir gedib rusiyətə (Rusiyaya) anasıda indi oğlunu axtarır.
Doğrusu bəlkə 10 il olar, ümumiyyətlə, yerli, kanallarımızın heç birinə baxmadığıma nənənin baxdığı verilişin formatına bələd deyildim.
Nəysə, nənənin göz yaşlarına görə və evdə qonaq olduğuma məcburən həmin verilişə baxmalı oldum.
Həqiqətən nənənin ağlamağına dəyərmiş.
Verilişə elə ağlamalı musiqi fonu veriblər ki, elə adam türk sazının yanqısına baxır, ağlamaq tutur.
Birazda banka kredit borcu olan adam vəssalam da nənə yalan oldu mən gerçək.
Verilişin adı axtaran tapar, bu günün qəhramanı isə oğlunu axtaran Yazgül xala idi.
Hiss olunurdu ki, Yazgül xalanın oğlundan xəbər var, amma verilişin gedişatı bu idi ki, ağlamasan və ağladmasan sənə oğlundan xəbər demiyəcəyik kimi…
Yazgül xala ağladıqca aparıcı başını tutur, sanki Yazgül xalaya demək istəyir ki, biraz da yaxşı ağla və ağlad!
Başım necə ağlamağa qarışdısa birdə onda gördüm ki, verilişin aparıcısı deyir ki, siz ağlayın mən sabah Yazgül xalaya oğlundan xəbər verəcəm. (Veriliş qurtardı)
Vallahi sizə gülmək gələcək, amma aparıcıya halaldır.
Bilirsiniz niyə?
Mən kinolara, şoulara,yalanlara, inanan adam deyiləm, buna baxmayaraq, az qalmışdı məni də verilişin abı-havasına qatıb yoldan çıxarsın ki, mən də bu verilişin yalan dolu sonuna inanım.
Mənə deyən lazımdır ki, ay qardaş sən hansı dövürdə yaşayırsan ki, bu cür yalan, insanların başını qatan, bir başa ailələri dağılmasına səbəb olan, özü üç dəfə ərə gedib, dördüncüsünə hazırlaşıb, boşanmaların sayı çoxalıb deyən ekspertlərin ağıllı-ağıllı danışmasına inanırsan?!
“Allah şeytana lənət eləsin”
Özümü toparladım!
Dedim ay nənə vallah bu cür verilişlərə baxıb ağlamaqla sən bu qışdan güclə sağ çıxarsan. Belə həvəslə ağlamağa ürək dözər?
Niyə yalan deyim?
44 günlük Vətən müharibəsində sosial şəbəkələr də igidlərimizin qəhramanlıqlarına, birdə cənab prezidentin tvit paylaşımına baxıb, sevinc göz yaşları axıdırdım.
Şəhidlərimiz olsa da qəhramanlarımız düşmənə əməlli başlı həyat dərsi keçdiklərinə hələ də müharibə görüntülərinə baxanda göz yaşlarıma hakim ola bilmirəm.
Allah şəhidlərimizə rəhmət Qazilərimizə can sağlığı versin. Amin!
Yazımın bu yerində istəyirəm fikrimi yekunlaşdırım.
Amma fikrim qalıb evində qonaq olduğum, nənənin yanıda ki, görəsən ilahi, nənə hər gün o cür bayağı verilişlərə baxıb ağlayır?
Axı o nənə saf, təmiz, kənd adamıdır…
Müəllif: Mirismayıl