Xırdalanda axtarış-xilasetmə əməliyyatı davam edir: 3 nəfər xilas edilib

Xırdalanda axtarış-xilasetmə əməliyyatı davam edir: 3 nəfər xilas edilib

Xırdalanda axtarış-xilasetmə əməliyyatı davam edir: 3 nəfər xilas edilib

ÜMİDTV:    Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-nin Mətbuat xidmətindən  bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində nazirliyin xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.