FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb

ÜMİDTV: Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.