“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” - Səfərli Fərid

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” - Səfərli Fərid

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” - Səfərli Fərid

ÜMİDTV:       Dövlətimizin əldə etdiiy qələbədən sonra təkcə Azərbaycanda deyil, bütövlükdə bölgədə yeni siyasi, sosial-iqtisadi inkişaf, sabitliyin, sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində yeni bir mərhələ başlayıb.

Azərbaycan yaranmış şəraitə uyğun olaraq öz inkişaf strategiyasını müəyyənləşdirərək, hər zaman olduğu kimi növbəti mərhələdə də uğurlu istiqamətində addımlarını atmaqdadır. Cənab Prezident tərəfindən imzalanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam da bu məqsədlə olan sənəddir. Cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi məqsədyönlü genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın bütün sahələrdən uğrular əldə edilib. Məhz yürüdülən bu məqsədyönlü siyasətin nəticəsi olaraq 2020-ci ildə torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad edilmişdir. Məqsədyönlü və dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi artmış, sosialiqtisadi infrastruktur yaradılmış, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Hazırki maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir. Aparılan siaysət nəticəsində dövlətimiz iqtisadi, hərbi cəhətdən qüdrətli bir ölkəyə, eyni zamanda dünyanən ən nüfuzlu ölkələrindən birinə çevrilib.

Ölkədə aparılan sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaranıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.

Səfərli Fərid Arzu Oğlu Yardımlı şəhəri