Prezident İlham Əliyev Əsrin Qəhrəmanı olaraq tarixə düşdü - Elməddin Məmmədli
ÜMİDTV: Prezident İlham Əliyev Əsrin Qəhrəmanı olaraq tarixə düşdü. Vətən savaşında zəfərin əldə edilməsi rəşadətli ordumuza rəhbərlik edən Ali Baş Komandanımızın adı ilə bağlıdır.
Biz öz doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələr Azərbaycanı növbəti təxribatlar və müharibə ilə hədələməyə çalışırlar. Onlar başa düşməlidirlər ki, ölkə rəhbəri hər şeyə diqqət yetirir. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, erməni faşizmi bir daha başını qaldırsın.
Biz düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu məhv edib, onların həm ordusunu, həm də texnıkalarını darmadağın etmişik.
Prezident İlham Əliyev bildirmisdir ki, Azərbaycan əsgəri döyüş meydanında qələbə qazanmış və öz torpaqlarımızda vuruşaraq işğalçı ermənilərdən azad etmişik.
Döyüş meydanında məğlub olan ermənistan rəhbəri noyabrın 10-da kapitulyasiya aktına imza atdı və məcbur olub Laçın, Kəlbəcər, Ağdam rayonlarını öz xalqına qaytardı. Hər dəfə danışıqlar zamanı Laçın və Kəlbəcər rayonlarını qaytarmaq istəmədiklərini bildirən Ermənistan rəhbərinin danışıqlarda razılığa gəlməsinin əsas səbəbi də məhz məğlub olmaları idi.
Məmmədli Elməddin Cəmaləddin oğlu - Yardımlı şəhəri