Yardımlı ağsaqqallarından prezidentə şikayət: “Maraqlı şəxslər tərəfindən rayon statusudan məhrum edilir”
ÜMİDTV: Yardımlı rayonunda idarəçilik balansı itdiyi üçün əhalı çaş-baş qalıb. Yerli sakinlər dərdini demək üçün bir allah bəndəsi tapıb şikayət edə bilmir. Rayon ziyalıları son ümid yeri olaran, ölkə başçısından kömək istəyir.
Yardımlı rayon ağsaqqallarını və ziyalılarının şikayətini oldugu kimi təqdim edirik.
Yardımlı rayonunda demək olar ki, bütün idarə və müəssisələr regional mərkəzlərə birləşdirilərək rayondan uzaqlaşdırılıb. Bir iki güc strukturlarına aid olan idarələrdən başqa bütün idarə və müəssisələr rayondan köçürülərək digər cənub rayonlarında yaradılmış mərkəzlərə birləşdirilib. Yardımlıda yeni çəkilmiş yollar bərbad vəziyyətdədir. Dövlət başçısının sərəncamı ilə yolların çəkilməsinə və yenidən qurulmasına görə dövlət büdcəsindən ayrılan vəsaitlər göyə sovrulub. Yollarda su keçidləri, istinad divarları konkret olaraq qurulmamışdır. Bərkidilməmiş, boş torpaq və palçıq qatının üzərinə nazik qatla, standartlara qəti uyğun gəlməyən formada çəkilən keyfiyyətsiz asfalt qatı dağılaraq məhv olmaq üzrədir.
Yardımlı rayonu Yol idarəsinin müdiri və digər idarə, müəssisə rəhbərləri uzun müddətdir səhlənkar və laqeyd olaraq işləmələrinə baxmayaraq öz vəzifələrində saxlanılırlar. Yardımlı rayon Yol istismarı idarəsinin müdiri, 2-ci Qarabağ savaşında oğlunu qapalı yerdə saxlayıb xidmətdən uzaq tuta bilib, müharibədən sonra isə həmin şəxsi öz yerinə gətirir.
Görünür xalqa, millətə qarşı sərt mövqe tutan, dövlət büdcəsindən ayrılan vəsaitləri göz qırpmadan mənimsəyən belə idarə müdirləri rayon rəhbərliyinə də sərf edir və onların bu əməllərindən istifadə edərək özü də lazımınca faydalanır. DSMF, Məşğulluq Mərkəzi, Mədəniyyət İdarəsi, Meşə İdarəsi və bir çox idarələrin digər rayonlarda yaradılan mərkəzlərə birləşdirilməsi də rayon rəhbərliyinin ya zəifliyindən ya da mənafeyinə xidmət etməsindən xəbər verir. Adi bir misal: Xüsusilə Meşə İdarəsi mərkəzinin Yardımlıda deyil başqa rayonda yaradılması rayonun aula çevrilməsinə bi işarədir. Çünki ən böyük meşə zolağı məhz Yardımlıda yerləşir. Ən azından bu mərkəz Yardımlıda yerləşdirilməli idi. Yardımlı rayonlarında problemləri saymaqla bitmir. Problemlərin kökünü araşdırsaq çox ciddi nüanslar ortaya çıxır. Deməli Yardımlı rayonunda mövcud olan bu və ya digər yaradılmış ciddi vəziyyət rayonun ləğv edilməsinə nail olmaqdır, ya da ki, Yardımlı rayon rəhbərliyinin birbaşa rayona qarşı biganəliyi, mənafeyi naminə çalışması, rayon camaatına qarşı hörmətsizliyi və ya dövlət rəhbərliyi, nazirliklər qarşısında nüfuzunun olmamasıdır… Rayon ictimaiyyəti də rayonda yaranmış bu neqativ vəziyyətə biganə yanaşmamalı, hökumət və dövlət qarşısında lazımi tələblərini irəli sürməlidirlər…