YARDIMLI RAYONUNDAN ÖLKƏ PREZDENTİNƏ ŞİKAYƏT
ÜMİDTV: vətəndaşın şikayətin oldugu kimi təqdim edir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Yardımlı rayonu Anzov kənd sakini Məmmədov Məmməd Elxan oğlundan
Ərizə.
Cənab Prezident, bildirmək istəyirəm ki, mən Yardımlı rayonunun Anzov kəndində müəllim işləyirəm. Oğlum Vətən müharibəsi qazisidir. Bu gün də xidmətini Şuşa şəhərində zabit olaraq davam etdirir. Ailəliklə Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Dəfələrlə çıxışlarınızda vurğulayırsınız ki, mən xalqın xidmətçisiyəm, məmurlar da xalqla birlikdə olmalı, xalqa xidmət etməlidirlər. Amma çox təəssüf ki, Yardımlıda bəzi məmurlar xalqa deyil, tam başqa məqsədə xidmət edirlər. Həm sadə vətəndaş, həm də bir müəllim olaraq evimə telefon çəkdirməkdən ötrü yüz dəfələrlə rayon idarələrində olmuş, İcra Hakimiyyəti və Yardımlı Telekommunikasiya idarəsinə müraciət etmişəm. Rayon İcra Hakimiyyəti dəfələrlə mənim evimə telefon çəkilməyindən ötrü Yardımlı rayon Telekommunikasiya idarəsinə müraciət etsə də ordakı daşürəklilər nə mənim, nə də İcra Hakimiyyətinə məhəl vermirlər. Yuxarıda qeyd etdiyim kimi, oğlum Qarabağ torpağı uğrunda zədə almışdır. Yenə də xidmətdədir. Ümummilli liderimiz Heydər Əliyev Cənabları qeyd edirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, yaralanıb əlil olanlara və döyüşənlərə diqqət və qayğı dövlətin borcu, xalqın mənəvi öhdəliyidir. Amma çox təəssüf ki, bu gün Yardımlı Telekommunikasiya idarəsi nəinki vətəndaşa xidmət edir, əksinə vətəndaşa qarşı göstərdiyi etinasızlığı ilə vətəndaşı dövlətdən narazı salaraq milli birliyimizə xələl gətirir.
Cənab Prezident! Xahiş edirəm mənim evimə telefon çəkilməsindən ötrü mənə - xalq müəlliminə, Qazi atasına köməklik göstərəsiniz. Eləcə də məmur-vətəndaş qarşıdurmasında maraqlı olan Yardımlı Telekommunikasiya rəhbərliyi haqqında lazımi ölçü götürəsiniz.
Dərin hörmət və sayğılarla:
Məmmədov Məmməd Elxan oğlu,
Yardımlı rayonu Anzov kəndi
Əlaqə: mobil: 050-678-52-88