YARDIMLI RAYON DƏLLƏKLİ OSTAİR KƏND CAMAATI PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ ÜMİD DOLU HİSLƏRLƏ MÜRACİƏT EDİB

YARDIMLI RAYON DƏLLƏKLİ OSTAİR KƏND CAMAATI PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ ÜMİD DOLU HİSLƏRLƏ MÜRACİƏT EDİB

YARDIMLI RAYON DƏLLƏKLİ OSTAİR KƏND CAMAATI PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ ÜMİD DOLU HİSLƏRLƏ MÜRACİƏT EDİB

ÜMİDTV:      Yardımlı rayon Dəlləkli -Ostair kənd camaatı Prezident cənab İlham Əliyevə ümid dolu hislərlə müraciət edilib

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq qərarı ilə Respublikanın 95% qaz təchizatı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Qərara əsasən aşağı-yuxarı 5% əhali qazın istifadəsindən yararlana bilməz. O da şərait imkan verməyən, qaz xətlərinin çəkilməsi mümkün olmayan ərazilər ola bilər. Deməli Respublikanın hər rayonunda uzaq başı 2-3 kənd bu təchizatdan kənar qala bilər. Yardımlı rayonunda isə qazdan istifadə edə bilməyən kəndlərin sayı 70-dən yuxarıdır. Bir çox kəndlərə yanaşı Yardımlı şəhərinə bitişik olan Dəlləkli Ostair kəndi də bu problemdən əziyyət çəkir. Qaz xətləri kəndin ətrafından keçsə də kəndi qazla təmin etməyiblər. Dəfələrlə rayon və ölkə rəhbərliyinə müraciət edilməsinə baxmayaraq. Kənd sakinləri də meşə zolağı uzaq olduğu üçün odun tədarükü görə bilmir və ya məcburiyyətdən küllü miqdarda puldan, mal-dövlətdən keçməklə kənardan satmaq üçün gətirilmiş odunu alıb gün-güzəranlarını birtəhər keçirirlər. Artıq kənd camaatı boğaza yığılıb. Bu acınacaqlı vəziyyətə dözə bilmirlər. Media vasitəsilə ölkə Başçısından yardım istəyirlər. Ümid edirlər ki, ölkə rəhbəri cənab İlham Əliyev onların səsinə səs verəcək. Kəndin qazla təmin edilməsinə müvafiq göstəriş verəcək. Kənd camaatının yazdıqları müraciəti də olduğu kimi aşağıda qeyd edirik.

Hörmətli Prezident  biz Yardımlı rayon Dəlləkli Ostair kənd sakinləri kəndimizin qazlaşdırılması barədə sizə,Birinci Xanıma,Baş nazirə, Dövlət neft şirkətinə,Azəriqaz İB nin rəhbərliyinə Milli məclisin deputatı Musa Qasımlıya cox saylı teleqram və məktubla müraciətlər etmişik.Ancaq bizim ünvaladığımız müraciətlər cavabsız olaraq qalır .Düşünürük ki bizim sizə ünvanladığımız teleqram və məktubları sizə catdırmırlar.Hələ 2018 ci ildə kəndimizin qazlaşdırılması Regionların sosial iqtisadi inkişaf proqramına daxil edilmişdir.Lakin bu lahiyədən biz yararlana bilmirik hər il lahiyədən bizim kəndi uzarlaşdırılır şəhərdən 15 -20 km uzaqlığda olan kəndlərı qazlaşdırırlar kəndimiz Yardımlı şəhərindən 400  metr məsafədə yerləşir şəhərə bitişikdir.Bu işlərədə mane törədənlər yüksək vəzifə sahibi olan məmurlardir .Biz isə Hörmətli Prezident Ali Baş Komandan sizin dəmir yumruq ətrafında birləşərək 44 gün Müzəffər  Rəşadətli ordumuza maddi və mənavi dəstəyimizi əsirgəmədik.Hansı ki qaracuxa məmurlar öz övladların Allah bilir harda gizlətmişdilər Xaiş edirik bu haqsızlıgın qarşısı alınsın. Öz təşəkkür və minnəttarlığımızı bildiririk.Hörmətlə Dəlləkli və Ostair kənd axsaqqalları və ziyalıları.      Əlaqə (050 520 87 32 )