Xorvatiya millisinin futbolçusu 1/8 final öncəsi koronavirusa yoluxub
Xorvatiya millisinin futbolçusu 1/8 final öncəsi koronavirusa yoluxub
Futbol üzrə Xorvatiya seçməsinin futbolçusu İvan Perişiç koronavirusa yoluxub.
Bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.
Millinin tibb heyəti oyunçunu dərhal təcrid edib. Onun 10 gün bu şəraitdə qalacağı bildirilib.
Məlumata görə, yığmanın digər üzvlərinin COVID testi neqativ çıxıb.
Qeyd edək ki, iyunun 28-də Kopenhagendə Xorvatiya ilə İspaniya seçməsilə Avropa çempionatının 1/8 final mərhələsində qarşı-qarşıya gələcək.