Azərbaycandan 32-ci idmançı Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycandan 32-ci idmançı Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycandan 32-ci idmançı Paralimpiya Oyunlarına lisenziya qazandı

Milli Paralimpiya komandasının idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazanıb.

Parapauerliftinq idman növü üzrə milli komandamızın üzvü Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına vəsiqə əldə edib.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına artıq 32 lisenziya əldə edib. Onlardan 11-i paracüdo, 8-i paraatletika, 4-ü parataekvando, 4-ü parapauerliftinq, 3-ü paraüzgüçülük və 2-si para güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcək.

Müqayisə üçün bildirək ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdı.