Hakim Ibrahim Fəttahovun qanunsuzluqları ifşa edildi!

Göyçay rayonu Bığır kənd sakini Şəfiyev Azad Məhəmməd oğlu tərəfindənŞİKAYƏTBu şikayətimdə yazıb Sizə bildirirəm ki, Göyçay rayon Məhkəməsində məni və qardaşım Bəyləri aldadıb qanunsuz qətnamə çıxarmaq istəyirlər

Hakim Ibrahim Fəttahovun qanunsuzluqları ifşa edildi!
```html

Göyçay rayonu Bigir kənd sakini Səfiyev Azad Mehmməd oğlu tərəfindən ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Göyçay rayon Məhkəməsində məni və qardaşımı Bəyləri aldatıb qanunsuz qətnamə çıxarmaq istəyirlər. Hansi ki, bir neçə ay əvvəl ünvanımıza Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov tərəfindən bizə qarşı verilmiş iddia ərizəsi göndərilmişdir.

Həmin iş üzrə iddiaçı qonşumuz İsmayilov Rəsad Hüseyn oğlu məni və qardaşımı Bəylərə qarşı inventarlasdırma işlərinin aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Biz iddia ərizəsi ilə tanış olub hüquqşünas tərəfindən etiraz yazdırıb məhkəməyə təqdim etdik. Bir neçə dəfə məhkəmə iclası keçirildi ancaq qətnamə çıxarılmadı.

Növbəti məhkəmə prosesi barədə mənim və qardaşımın telefonuna mesaj gəldi. Sonradan bizə məlum oldu ki, hakim İbrahim Fəttahov qonşumuz Rəsad İsmayilovun iddia ərizəsini dəyişdirib tələbi yolun açılmasına yaranmış maneənin aradan qaldırılmasına dair etdirmişdir.

Bu məhkəmə sistemində indiyə qədər baş vermiş qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov etmişdir. Hətta dəyişdirilən iddia ərizəsi bizə təqdim edilməyib ki, tanış olub etirazımızı yaza bilək. Hakim hətta bizim savadsızlığımızdan sui-istifadə edib iddia ilə razı olmağımıza dair diqta ilə bizə ərizədə yazdırmışdır.

İddianın mahiyyəti isə budur ki, vəfat etmiş atam öz vəsaiti hesabına uzun illər bundan əvvəl 3 ailə üçün çəkdirdiyi ensiz-darisqal yoldan qonşumuz Rəsad İsmayilovda istifadə edə bilsin. Həmin yolun eni 2,5 metrdir ki, 3 ailə oradan güclü istifadə edir. Həmçinin Rəsad İsmayilovun evinə giriş-çıxışı təmin edən eni 6 metr olan yol var, asfalt yoluna isə birbaşa yol sala biləcək şəraiti var.

Rəsad İsmayilovun məqsədi nəynin bahasına olsa-olsun evinə ikinci giriş-çıxış yolunu açıb 3 ailənin rahatlığını pozub maneələr yaratsın. Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov isə vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddiani dəyişdirib bizə diqta ilə razılıq ərizəsi yazdırıb oyunlar qurmuşdur.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Respublikasının məhkəmə tarixində bəlkə də ikinci belə bir qanunsuzluq olmayıb ki, bunu hakim İbrahim Fəttahov etmişdir. Mən bu barədə Prezident cənab İlham Əliyev, Mehriban xanım Əliyeva, Məhkəmə-Hüquq Surasının sədri cənab İnəm Kərimova və digər aidiyyəti qurumlara şikayət ərizələri ilə müraciətlər etmişəm.

Mətbuat vasitəsi ilə də müraciət ünvanlayıb xahiş edirəm ki, mənim şikayət ərizəm obyektiv araşdırılıb vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddiani dəyişdirib bizə diqta ilə razılıq ərizəsi yazdırıb oyunlar quran Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.

Teref.az

```