Bu şanlı Zəfəri yaşatdız bizə

Bu şanlı Zəfəri yaşatdız bizə

Bu şanlı Zəfəri yaşatdız bizə

ÜMİDTV:   14 fevral Lerikin gənc şairi İltimas Səmiminin dogum günüdür . Bu münasibətlə şairi təbrik edirik. 

Vətən Müdafiəsi Qəhramanı mayor Amid Heydərovun əziz xatirəsinə həsr etdiyi şeiri təqdim edirik .

 

BU ŞANLI ZƏFƏRİ YAŞATDIZ BİZƏ

İkinci Qarabağ savaşında - Cəbrayıl uğrunda qəhrəman casına şəhid olmuş,

Vətən Müharibəsi Qəhrəmanı
mayor Amid Rabbil oğlu Heydərovun 
əziz xatirəsinə.
Cəbrayıl torpağı -Nuzigar kəndi,
Torpağı qum kimi göyə sovrulur.
Topların səsindən dağlar titrəyir,
Atəşdən, alovdan daşlar ovulur.

 

 

Mərmilər od saçır, tanklar yeriyir,
Yayılır havaya toz duman kimi.
Bayrağa and içən igid oğullar,
Yüyürür  irəri qəhrəman kimi.

 

 

Cəbrayıl qadalı döyüş meydanı,
Atılan hər mərmi yüz düşmən biçir.
Tanklar yeridikcə torpaq diksinir,
Hər döyüş heyəti sınaqdan keçir.

 

 

Toplara, tanklara həmlələr edən,
Düşmən istikamı yarıb dağıdan.
Qəhrəman Amiddə bir aslan kimi,
Ürəyi vətənlə döyünüb hər an.

 

 

Hər uğur bir sevinc, ruhlanır ürək,
Doğmadı igidə vətən torpağı.
Bu haqq savaşında hünər göstərir,
Hər yeni həmlədən qovulur yağı.

 

 

Tankçı Amidin də bu sücayəti,
Şimşək tək çaxmağı istəkdən gəlir.
Ona müqəddəsdir Həzinin yolu,
Ən gözəl arzular ürəkdən gəlir.

 

Aprel döyüşlərdən uzanan bu yol,
Qəhrəman zabitin həyat yoludur.
Hər yeni uğurdan ilhamlanaraq,
Qələbə millətin nicat yoludur.

 

 

Cəbrayıl torpağı -Nuzigar kəndi,
Torpağı qum kimi göyə sovrulur.
Topların səsindən dağlar titrəyir,
Atəşdən, alovdan daşlar ovulur.

 

 

Bu da döyüşçünün qəhrəmanlığı,
Bu da bir əbədi vətən sevgisi.
Anılar hər zaman, anılar hər an,
Gələn nəsillər də unutmaz sizi.

 

 

 

Ey bizə qələbə yaşadan ərlər,
And olsun, müqəddəs vətənimizə.
Millətim heç zaman  unudan deyil,
Silindi qəlblərdən bu acı nisgil,
Vətəndən ötəri canından keçib
Bu şanlı Zəfəri yaşatdız bizə...

 

Müqabil Hüseyin